Ateshgah Sigorta
Resepşionist (Zərərlərin tənzimlənməsi ofisi)
Son tarix 19 dek 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn müştəriləri qarşılamaq, öz səlahiyyətləri çərçivəsində onların suallarını cavablandırmaq, aidiyyəti olan şəxslərə yönəltmək
- Çıxan sənədlərin göndərilməsini təşkil etmək
- Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim etmək, aidiyyəti şəxslərə paylaşdırmaq
- Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək
- Sənədlərin göndərilməsini təşkil etmək
- Tədbirlərin və görüşlərin planlaşdırılması və təşkili
- İşgüzar yazışmaların aparılması
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: müsahibə əsnasında bildiriləcək
Tələblər:
- Yaş: 21-35
- Cinsi:Qadın
- Təhsil: Ali
- 1 ilədək müvafiq sahədə iş təcrübəsi
- Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
- Biznes yazışma bacarıqları, biznes etikası bilikləri
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Böyük həcmli məlumatlarla işləmək
- İnzibatçılığı bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
Partnyorlarla iş üzrə mütəxəssis (Bank üzrə)
Son tarix 30 noy 2024 Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
- Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
İş şərtləri
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və telefon ilə təmin olunur
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (+aylıq bonus)
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
Namizədə tələblər
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır
- Dil bilikləri: Azərbaycan dili sərbəst,Rus və ya İngilis dili - sərbəst
- MS Office proqramları ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
- Yenilikləri tətbiq etmək bacarığı
Vakansiya haqqında
Son tarix Noyabr 29, 2024
Paylaşılıb Oktyabr 31, 2024
Vakansiya növü Tam ştat