Ateshgah Sigorta
Biznes Satış üzrə mütəxəssis
Son tarix 27 sen 2024 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Bazar araşdırması aparmaq və müştəri tələbatlarını öyrənmək;
- Yeni müştərilərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müştərilər üzrə məlumat bazasını yeniləmək;
- Potensial müştərilərə əlaqə yaratmaq, görüşlər və təqdimatlar həyata keçirmək;
- Mövcud müştəri münasibətlərin davamlılığının təmin olunmasını həyata keçirmək;
- Görülən işlərə dair hesabatların satış rəhbərinə təqdim etmək.
İş şərtləri:
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Bonus və rüblük motivasiya
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Satış sahəsində karyerasını qurmaq istəyən namizədlər
- Dil bilikləri: Azərbaycan (əla), Rus və ya İngilis dili sərbəst
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Karyerasını Satış və Sığorta sahəsində qurmaq istəyən namizədlərin müraciət etməsi xahiş olunur!