Ateshgah Sigorta
Hüquqşünas (Baş ofis)
Son tarix 08 mar 2024 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin (məktub, ərizə, müqavilə və.s) tərtib edilməsi;
- Şirkəti üçüncü şəxslər, məhkəmələr və dövlət orqanlarında təmsil etmək;
- Məhkəmə işləri ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
- Məhkəmə işlərinin reyestri aparmaq;
- Məhkəmə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
- Fəaliyyət göstərdiyi sahə üzrə qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
- Zəruri hallarda fəaliyyət göstərdiyi sahə ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
Namizədə tələblər:
- Ali hüquq təhsili;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
- Hüququn mülki, əmək sahələrini və məhkəmə təcrübəsi olan sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər arzuolunandır;
- İş təcrübəsi: Müvafiq sahədə olanlara üstünlük verilir;
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
- Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)