Müştəri xidmətləri şöbəsinin hüquqşünası
Son tarix 02 yan 2022
Namizədə tələblər:
-
Yaş: 22-35
-
Təhsil: Ali hüquq təhsili mütləqdir.
-
İş təcrübəsi: İxtisas üzrə ən azı 3 il iş təcrübəsi olan Arzuolunandır
-
Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
-
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili
-
Kompüter bilikləri, Microsoft office proqramları
Əsas vəzifə öhdəlikləri:
-
Müştəriləri qəbul etmək, müştərilərdən daxil olan ərizələrin qəbulu, qeydiyyatını aparmaq (ehtiyac yarandıqda)
-
Sığorta hadisələrini tənzimləmək məqsədi ilə məktublar, sorğular tərtib etmək
-
Təqdim olunan sənədlərin ekspertizasını aparmaq
-
Sığorta aktları və yaxud imtina məktubları tərtib etmək
-
Müştərilərin iddia və şikayətlərinə cavab məktublarının tərtibi
-
Sığorta hadisələrinin tənzimlənməsi prosedurlarının yaradılmasında iştirak
-
Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Şəxsi keyfiyyətlər:
-
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
-
Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
-
Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
-
Əmək müqaviləsi bağlanılır
-
İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
-
Sabit əmək haqqı sınaq müddətində 500 AZN
-
Sınaq müddətindən sonra 600 AZN
-
Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər:
-
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
-
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin hüquqşünası ” qeyd etmələri xahiş olunur.