Ateshgah Sigorta
Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi
Son tarix 22 dek 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali, tibb təhsili mütləqdir
- İş təcrübəsi: arzuolunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), Ingilis dili (yaxşı)
Əsas vəzifə öhdəlikləri:
- Səfər Sığorta, Həyat Sığorta üzrə işlərin araşdırılması
- Məzmunundan asılı olaraq İşlərin müvafiq qanuna və qaydalara əsasən tənzimləmək və məlumatı mövcud olan bazada qeyd etmək
- Sığorta sənədləşdirilməsinin aparılması
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- Əmək haqqı: 500 azn – 600 azn (gross məbləğ, net, namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər)
- Şirkət tərəfindən nahar
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına “Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsi - mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.