Ateshgah Sigorta
Proqram Təminatçısı
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-1000-1500 manat - 20 VAKANSİYA
Son tarix 24 mar 2022 - [email protected]
Şöbə : İnformasiya texnologiyalarının tətbiqi şöbəsi
Namizədə tələblər:
- Yaş: 25 - 30
- Təhsil: Ali Kompüter elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil
- İş təcrübəsi: müvafiq sahədə minimum 2-4 il
- Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
- Bir çox yüksək prioritetli layihə ilə maraqlanmaq bacarığı
- C# (OOP), Asp.Net MVC ve .net Core üzrə mükəmməl bilik
- Müəssisə dizayn nümunələrinin və ən yaxşı təcrübələrin başa düşülməsi
- Frontend proqramlaşdırmada təcrübəsi olanlara üstünlük verilir (HTML5, JS,BLAZOR, AngularJS, Bootstrap)
- VB .net (arzuolunandır)
- SQL, SQL Server biliyi
Öhdəliklər:
- Yeni layihələrin hazırlanması
- Biznesi təhlil edərək hazır layihələrin inkişaf etdirilməsi
- Hazır modullara texniki dəstəyin göstərilməsi
- Proqram dizaynlarını hazırlamaq üçün biznes analitikləri və inkişaf etdiriciləri ilə əməkdaşlıq etmək
- Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
- Kompüter əməliyyat prosesində diaqram və axın qrafiklərini inkişaf etdirmək
- Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
- Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək
- Tətbiqin texniki xidmətini dəstəkləmək üçün texniki sənədlər hazırlamaq
- Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
- Problem həll etmə bacarıqlarını tətbiq etməklə proqramlaşdırma məsələlərini həll etmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2
- Əmək haqqı: 2000 – 2300 azn (gross ilə məbləğ)
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqram təminatçısı” qeyd etmələri xahiş olunur.