ATEF Şirkətlər Qrupu
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 09 okt 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 800-1000 AZN
İş şəraiti:
- Tam sosial təminat (məzuniyyət və s.)
 - 5 günlük iş həftəsi
 - Nahar fasiləsi: 12:00-13:00
 - Nahar müəssisə tərəfindən təmin edilir.
 
İş barədə məlumat:
- Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
 - Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
 - Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
 - Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
 - Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
 - İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
 - İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
 - Kadr bazasının hazırlanması və yenilənməsi;
 - Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
 - İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
 - Sınaq müddəti təyin edilməsi və izlənməsi;
 - Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
 - İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
 
Tələblər:
- Ali təhsilli,
 - Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
 - Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
 - Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
 - Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 - İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
 - Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
 - CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
 - MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
 - Bəy namizədlərə üstünlük veriləcəkdir.
 
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
 - Ezamiyyə imkanları;
 - Ünsiyyət yaratmaq bacarığı;
 - İşə planlı yanaşması;
 - Fəal olması və komandada işləmək bacarığı.
 
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







