ATEF Şirkətlər Qrupu
Müşahidə Şurası Sədrinin Köməkçisi
Son tarix 11 noy 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1000 AZN
İş şəraiti:
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək;
- Qonaqları və zəngləri qəbul etmək və yönləndirmək;
- Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparmaq;
- Direktorun gündəlik görüşlərini qeyd etmək;
- Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu sədrə bildirmək;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirməsinə nəzarət etmək;
- Lazımi hesabatların hazırlanması, toplanması və təqdim edilməsini təşkil etmək;
- Yazışmaların aparılması və rəhbərliyin iş qrafikinin planlaşdırılmasını təşkil etmək;
- Daxili və xarici ezamiyyətlər üçün hazırlıqlar görmək, marşrutları seçmək, səfər planlarını hazırlamaq;
- Müəssisədə daxili və xarici sifarişlərin vaxtında təhvil verilməsinə nəzarət etmək;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək;
Tələblər:
- Ali mühəndis təhsilli;
- Cinsi: qadın (yaş həddi 40-50 yaş arası);
- Azərbaycan, rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili biliyi arzuolunandır);
- Ofis texnikası ilə işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilməlidir;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
- Yalnız xanım namizədlərə üstünlük veriləcəkdir.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Müşahidə Şurası Sədrinin köməkçisi” Mövzu bölməsində göstərin.