Ateshgah Sigorta
Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis
Son tarix 01 may 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş: 21-35
- Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
- İş təcrübəsi: 1 ildən çox
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
- Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə
Əsas vəzifə öhdəlikləri:
- Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
- Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
- Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı gross məbləğ: 555 azn – 784 AZN (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
- Şirkət tərəfindən güzəştli nahar
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis “qeyd etmələri xahiş olunur.