Korporativ Sığortaçılıq Departamentinin Korporativ Satış Şöbəsinin baş mütəxəssisi
Şirkət: AtaSığorta ASC
İş qrafiki : 5 günlük iş qrafiki (09:00 – 18:00)
Son müraciət tarixi: 20.07.2021
Əsas vəzifə öhdəlikləri:
• Cəmiyyət tərəfindən mövcud müştəri bazasının və korporativ satış həcminin artırılması məqsədi ilə təklif edilən bütün sığorta məhsulları və xidmətlərinin inkişaf etdirilməsi üzərində çalışır;
• Keçmiş müştərilərlə yenidən əlaqə saxlayaraq onların təkrar sığortalanmasının təmin edilməsini təşkil edir;
• Satışın artması məqsədi ilə Korporativ satış şöbəsinin müdiri ilə birlikdə yeni satış istiqamətlərinin aşkarlanması və effektiv işlənməsi üzərində çalışır;
• Müştərilərə informasiya dəstəyinin təmin edilməsi üzrə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsini təşkil edir;
• Müştərilər tərəfindən sorğu anketlərinin doldurulması, tarif dərəcəsi və müvafiq sığorta şərtlərinin əldə edilməsi üçün müştəri haqqında əlavə məlumatın təqdim etdirilməsinə nəzarət edir;
• Sığorta müqavilələrinin təminatları və şərtləri haqqında məlumatları tam həcmdə müştərilərə vaxtında təqdim edir;
• Müştərilərin məlumat bazasının gündəlik olaraq şöbənin əməkdaşları tərəfindən doldurulmasına, polislərin vaxtında müştərilərə təqdim edilməsinə nəzarət edir;
• Müştərilər tərəfindən daxil olan məlumatların “məlumat bazası”na vaxtında daxil edilməsini təşkil və təmin edir.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
• Sığorta sahəsində ən azı 2 il iş təcrübəsi.
Tələb olunan bacarıq və səriştəliklər:
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
• Microsoft Office proqramları üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı.
Müraciət etmək üçün
Başlıqda “Korporativ Sığortaçılıq Departamentinin Korporativ Satış Şöbəsinin baş mütəxəssisi” qeyd olunmaqla CV-nizi [email protected] ünvanınıza göndərməyinizi xahiş edirik.