AtaSığorta ASC
Subroqasiya şöbəsinin hüquqşünası
Son tarix 13 mar 2025 - [email protected]
Vəzifə və öhdəliklər:
- Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
- Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
- Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
- Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
- Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etmək;
- Sığorta hadisələri ilə bağlı müvafiq qurumlara, idarə və təşkilatlara sorğu, şikayət və müraciətləri hazırlamaq;
- Sığorta hadisələri ilə bağlı Cəmiyyətə daxil olan şikayət, ərizə və müraciətləri araşdırmaq, qanunvericiliyə müvafiq cavab hazırlamaq;
- Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsinə hüquqi yardım göstərmək.
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Ali hüquq təhsili mütləqdir;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı.
Təcrübə:
- İxtisas üzrə 1 ilədək iş təcrübəsi
Əmək şəraitinin şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- İş saatı: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına (mövzu hissəsində “Subroqasiya şöbəsinin hüquqşünası” qeyd olunmalıdır) göndərə bilərlər.