ASSAN-STP Panel
İxracat üzrə mütəxəssis
Son tarix 09 fev 2024 - [email protected]
Namizəd üçün tələblər:
- Ali təhsil;
- 2 ildən artıq İxracat üzrə təcrübənin olması;
- Komanda ilə və stress altında işləmək bacarığı;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Xarici ölkələrə ezamiyyətə hazır olması;
- Rus və ingilis dillərini bilməsi;
Vəzifəyə aid tələblər:
- İxracat prosesini həyata keçirmək üçün müvafiq sənədləşdirmə işlərinin görülməsi;
- Müəssisənin satış strategiyasına uyğun olaraq xarici bazarların araşdırılması;
- Xarici şirkətlərlə əlaqələr qurulması, potensial müştərilərin tapılması və lazımi müqavilələrin bağlanılmasının təmin edilməsi;
- Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti;
- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
- Yeni müştərilərin axtarışı və cəlb olunması;
- İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
- İşgüzar görüşlərin təşkili və aparılması;
- Xarici bazarların təhlili və ona uyğun satış strategiyasını hazırlanması;
- Rəhbərliyə görülmüş işlər barədə hesabatın verilməsi;
- Sərgilərin təşkili və iştirak etməsi
Əlavə məlumat:
- İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi (Sumqayıt Texnoloqiyalar Parkının ərazisi)
- Servis mövcuddur
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə (korporativ paket)
- Mövcud olan avtomobilə yanacaqla təmin olunma
- İllik tibbi sığorta paketi
- İri və prestijli şirkətdə çalışma imkanı
- Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
Tələblərə uğun namizədlər mövzu yerində “İxracat üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.