ASSAN-STP Panel
Operator (İstehsalat sahəsi)
Son tarix 21 okt 2024 - [email protected]
İş yeri: Azərbaycan, Sumqayıt
İş qrafiki: Növbəli (1-ci növbə 08:00-16:00, 2-ci növbə 16:00-00:00)
Şənbə və bazar istirahət günləri
Müraciət üçün son tarix: 21.10.2024
Vəzifə öhdəliyi:
- Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək;
- Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək;
- Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını təmin etmək;
- Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək;
- Xəttin sürətinə nəzarət etmək;
- Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək;
- Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək;
- Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək;
- Press formaların düzgün yığılmasını təmin etmək;
- Daş yun (Minvat) sahəsində daş yunun xəttə yerləşdirilməsinə, mişardan çıxan daş yunun qaydaya uyğun kəsilməsinə və xəttə düzgün ötürülməsini təmin etmək;
- Kəsmə sahəsində divar və ya dam panellərinin qaydalara uyğun kəsilməsinə və mişarın hərəkətinə nəzarət etmək;
- Hava soran sərinkeşlərin işləməsinə və tozun sorulmasına nəzarət etmək;
- Paketlənmə sahəsində divar və ya dam panellərinin hərəkətinə və normalara uyğun paketlənməsini təmin etmək;
- Panellərin qaydalara uyğun polietilen örtüklə üzlənməsini təmin etmək;
- Paketlənmiş panellərin nəqliyyat vasitələrinə yüklənmə sahəsinə təhlükəsi və qüsursuz ötürülməsini təmin etmək;
- İş yerinin təmizliyinə ciddi riayət etmək, çalışdığı alətləri təmiz saxlamaq;
- İşin sonunda hazır məhsulu sahə rəisinə təqdim etmək və sahə rəisinin verdiyi sənəddə müvafiq qeydlər aparmaq;
- İstehsala başlayarkən çıxan ilk panellərdə və mütəmadi olaraq polimer örtük və Pur, Pır, Daş yun təbəqələrinin standart ölçülərə uyğun olub olmadığının yoxlamaq;
- Çənlərdə hava təzyiqinin normada olmasını təmin etmək;
- İşə başlamazdan öncə sifarişləri komputerdə diqqətlə nəzərdən keçirtmək ve proqrama uyğun olan işləri vaxtında yerinə yetirmək;
- İşə başlamazdan əvvəl Dəzgahdakı mişarın küt olmamasına nəzarət etmək;
- Sahə rəisinin məlumatı və ya icazəsi olmadan iş yerini tərk etməmək.
Namizədə olan tələblər:
- Məsuliyyətli;
- Kollektivlə işləmə bacarığı;
- Dəqiqlik;
- Verilən işləri vaxtında həll etmək;
- İstehsalat sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Digər məlumatlar:
- Servislə təmin olunma;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İllik Tibbi sığorta paketi;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi qeyd edilmiş e-poçt ünvanına göndərməyinizi xahiş edirik