Askona
Baş mühasib
Son tarix 19 avq 2024 - [email protected]
Namizəd üçün tələblər:
- Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- Təcrübə: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı (Satış sektorunda azı 3 il təcrübə mütləqdir).
- Dil bilikləri: Azərbaycan və Rus dilini səlis bilməli
- Kompüter bilikləri: Ofis proqramları və 1C əla səviyyədə;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
- Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
- Yaş: 30-45
Vəzifələr:
- Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək
- Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək
- Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra edir;
- ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir.
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- Xarici və daxili audit yoxlamalrının həyata keçirilməsi üçün tələb olunan işlərin yerinə yetirilməsi;
- Gənc komanda üzvlərinə nəzarət və onlara mentorluq etmək;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 2500-3500 AZN Müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə email ünvanına göndərmələri xahiş olunur.