Askona
Mağaza meneceri
Son tarix 30 yan 2024 - [email protected]
Namizəd üçün tələblər:
- Təhsil: Orta ixtisas və ya ali təhsilК
- Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı; (qida sektoru istisna olmaqla)
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
- Yaş: 25-40
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
- Mağazanın ümumi fəaliyyətini təşkil edir;
- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması;
- Assortimentin və satışın analizi;
- Daxili inventarizasiyanın aparılması;
- Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
- Görülən işlərin qeydinin aparılması
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: Fiks əmək haqqi + %. Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-3000 manat.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza meneceri” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.