Askona
Mühasib (Əmək haqqı üzrə)
Son tarix 01 mar 2025 - [email protected]
Namizəd üçün tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Yaş: 25-40
- Dil bilikləri: Rus dili sərbəst bilik
- Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
Vəzifələr:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
- Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
- Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- Əmək haqqı: 1300 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib (Əmək haqqı üzrə)” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.