Askona
Logistika üzrə menecer (Servis meneceri)
Son tarix 08 iyn 2023 - [email protected]
Namizəd üçün tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili
- İş təcrübəsi: Anbar logistikası sahəsində azı 2 il təcrübə mütləqdir
- Yaş: 25-40
- Ünsiyyətcillik, məsuliyyətlilik, aktivlik, müştəri diqqəti.
- Dil biliyi: Rus dili sərbəst bilik tələb olunur
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
- Malların aidiyyati üzrə daşımalarının təmin olunması, marşrutların təyin olunması, izlənməsi;
- Logistika şirkətləri ilə kontaktların yaradılması, müqavilələrin bağlanması
- İnventarlaşdırmada iştirak;
- Aidiyyati danışıqların aparılması;
- Müştəri sifarişlərinin çatdırılmasını əlaqələndirmək (şərtləri yoxlamaq, müştərilərə zəng etmək, sənədləri tərtib etmək);
- Əmrin icra müddətlərinə riayət olunmasına nəzarət etmək;
- Anbarlar arasında malların qrafikə uyğun hərəkətinə nəzarət etmək.
İş qrafiki: 5 gün
Əmək haqqı: 1000-1200 manat
İş yeri: Binəqədi
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu yerində “Logistika üzrə menecer” vəzifəsini qeyd etməklə öz CV-lərini göndərmələri xahiş olunur.