AS Group
Daxili Kommunikasiya üzrə Menecer
Son tarix 18 avq 2025 - [email protected]
İş yeri: Bakı, Azərbaycan
AS QRUP İNVESTMENT – korporativ dəyərlərə, insan kapitalına və davamlı inkişafa önəm verən, ölkənin aparıcı investisiya şirkətlərindən biridir. Biz əməkdaşlar arasında güclü, şəffaf və effektiv ünsiyyətin qurulmasını strateji prioritetlərimizdən biri hesab edirik. Bu məqsədlə komandamıza Daxili Kommunikasiya üzrə Menecer axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Korporativ kommunikasiya strategiyasına uyğun fəaliyyətlərin planlanması və həyata keçirilməsi
- Müxtəlif şöbələr və rəhbərlik arasında effektiv məlumat axınının təşkili
- İnformasiya bülletenləri, daxili elanlar, intranet kontenti və tədbirlər üçün mətn və vizual materialların hazırlanması
- Əməkdaşların məlumatlılığını və bağlılığını artıracaq daxili təşəbbüslərin hazırlanması və icrası
- Şirkət daxilində motivasiya və maarifləndirmə yönümlü tədbirlərin təşkili (townhall görüşlər, motivasiya günləri, yeni əməkdaşların adaptasiya proqramları və s.)
- Daxili kommunikasiya fəaliyyətləri üzrə rəhbərliyə hesabatların hazırlanması və təqdim olunması
- Əməkdaşların rəy və təkliflərinin toplanması, təhlili və rəhbərliyə çatdırılması
- Müntəzəm daxili sorğuların keçirilməsi və nəticələrin analiz olunaraq aidiyyəti üzrə təqdim edilməsi
Namizəddən gözləntilər:
- Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Biznes İdarəçiliyi və ya digər müvafiq sahələr üzrə)
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
- Yaradıcılıq və kontent istehsalı sahəsində bacarıq
- Komanda ilə əməkdaşlıq və fərqli funksional bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı
- MS Office proqramlarını yüksək səviyyədə bilmək; intranet, newsletter və digər daxili kommunikasiya platformaları ilə tanışlıq
- Azərbaycan dili – sərbəst; İngilis və/ya Rus dili bilikləri üstünlük sayılır
Ə/h razılaşma yolu ilə olacaqdır.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Daxili Kommunikasiya üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.