Arsenal Group
SMM mütəxəssis (Sosial media videoları üzrə)
Son tarix 02 may 2023 - [email protected]
Öhdəliklər:
- Sosial media kanallarında (İnstagram reels, instagram story, tiktok və s.) mebel aksesuarları sahəsi üzrə qısa videoların çəkilişində iştirak edilməsi;
- Sosial media kanallarında paylaşılacaq məhsullarla bağlı hekayələrin çəkilməsi;
- Sosial media trendlərinin izlənilməsi və trendlərlə brendi əlaqələndirən video ideyalarının verilməsi;
- Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi.
Tələblər:
- Azərbaycan dilində səlis danışıq və düzgün diksiyanın olması;
- Kamera önündə çıxış etmə bacarığı;
- Xoş görünüşlü və gülərüz olması,
- İnstagram Reels və ya Tik Tok təcrübəsi arzu olunandır;
- Mobil videomontaj proqramlarından istifadə təcrübəsi arzu olunandır.
- Ali təhsil arzu olunandır;
- Rus dili biliyi arzu olunandır.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 400-500 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciət etmək istəyənlər CV formanızı e-mailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Sosial Media Menecer (Sosial media videoları üzrə)” adı yazılmalıdır.
Qrafik dizayner
Son tarix 02 may 2023 - [email protected]
Öhdəliklər:
- Sosial media, sayt və digər marketinq kanalları üçün dizaynların hazırlanması
- SMM postlarının hazırlanması
- Məhsullar üçün kreativ konseptlərin hazırlanması və fərqli ölçülərə adaptasiyası
- Şirkətin imic kampaniya konseptlərinin yaradılması
- Verilən məlumatlara əsasən dizayn konseptlərinin yaradılması
Tələblər:
- Adobe Photoshop, Adobe İllustrator, Adobe InDesign proqramlarında işləmək;
- Reklam agentliyində minimum 1 il iş təcrübəsi.
- Tapşırıqların vaxtında təhvil verilməsi
- Yenilikləri tətbiq etmək bacarığı
- Kreativ düşüncə və inkişafa meyilli
- Bir neçə tapşırığı paralel vaxtlarda görmək və məlumatları təhlil etmək və qiymətləndirmək;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və detallara diqqət etmək bacarığı;
- Məsuliyyətlilik;
- Təşəbbüskarlıq.
İş rejimi və əmək haqqı:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 500 AZN.
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
Müraciət etmək istəyənlər CV və “Portfolio” larını e-mailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Qrafik dizayner” adı yazılmalıdır.
Rəqəmsal Marketinq Meneceri
Son tarix 02 may 2023 - [email protected]
İş barədə məlumat:
- Müvafiq məhsul və xidmətlər üzrə şirkətin rəqəmsal platformalarda reklam aktivliyini təmin etmək (Facebook, Linkedin, Google Ads, İnstagram, Youtube);
- Rəqəmsal mediada (Google AdWords, Facebook və s.) və saytda rəqəmsal marketinq məqsədləri üçün istifadə olunacaq keyfiyyətli vizual məzmunun hazırlanmasında iştirak etmək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
- Şirkətin sosial şəbəkə hesablarının və web saytının idarə edilməsi
- Düzgün hədəf auditoriyalarını təyin etmək;
- A/B testlər etmək və nəticələri analiz etmək;
- Kampaniya optimizasiyaları etmək;
- Rəqəmsal bazarda trendləri, yenilikləri izləmək və tətbiq etmək;
- Məhsul və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
- Veb sayt üzrə SEO işləri aparmaq;
Namizəd üçün tələblər:
- Rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi;
- SEO biliklərinə üstünlük veriləcək;
- E-ticarət saytı və əməliyyatların idarə edilməsində aktiv məsuliyyət daşımaq;
- Planlaşdırma və təşkilatçılıq bacarığına malik, vaxtdan düzgün istifadə edən;
- Facebook Ads Manager, Google Ads ilə işləmək bacarığı;
- Punktual və kreativ olmaq;
İş rejimi və əmək haqqı:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 800-900 AZN.
AR qanunvericiliyinə uyğun sənədləşmə;Müraciət etmək istəyənlər CV formanızı e-mailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Rəqəmsal Marketing Mütəxəssisi” adı yazılmalıdır.