Around Group
Satış Nümayəndəsi
Son tarix 16 mar 2026
Vəzifə haqqında:
Şirkət HORECA sektorunda (restoran, kafe, bar və müxtəlif tədbirlərdə) fəaliyyət göstərən məkanlarda tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək üçün xanım Satış Nümayəndələri axtarır. Namizəd aktiv satış bacarığına malik olmalı və müştərilərlə effektiv ünsiyyət qurmağı bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- HORECA məkanlarında məhsulun aktiv təqdimatı və satışının həyata keçirilməsi
- Müştərilərə məhsul haqqında ətraflı və düzgün məlumat vermək
- Satış planının icra olunması və gündəlik satış hesabatlarının təqdim edilməsi
- Tədbir və promo aksiyalarda şirkəti peşəkar şəkildə təmsil etmək
Tələblər:
- Yaş həddi: 21–35
- Səlis nitq və yüksək ünsiyyət bacarığı
- Satış və ya promo sahəsində təcrübə arzuolunandır
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
- Axşam növbəsində işləməyə hazır olmaq
İş şəraiti:
- Əmək haqqı: 840 AZN + bonuslar
- İş qrafiki: 18:00 – 01:00
- İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı
- Şirkət tərəfindən nəqliyyat və iş forması təmin olunur
Müraciət üçün: +994 10 253 59 56











