AROUND GROUP
Biznes analitik
Son tarix 26 iyl 2025 - [email protected]
Tələblər:
- Data analitiki kimi ən azı 1 il iş təcrübəsi
- Pərakəndə satış prosesləri, promo mexanizmləri və ehtiyatların uçotu sahəsində dərin bilik
- Power BI, Power Query, DAX proqramlarında sərbəst işləmə bacarığı
- Excel proqramını yüksək səviyyədə bilmək (pivot cədvəllər, formulalar, avtomatlaşdırma daxil olmaqla)
- Proaktivlik: proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təşəbbüskar olmaq
- Məlumatların toplanması, emalı və analizi
- Statistik analiz metodlarının tətbiqi
- Riyazi hesablamaların aparılması
- Məlumatlarla iş alətlərinin düzgün və effektiv istifadəsi
Vəzifələr:
- Satışlar, ehtiyatlar və promo mexanizmlərinin istifadəsinə dair gündəlik və həftəlik hesabatların hazırlanması
- Bütün satış kanallarında çek və sorğuların məlumatlarının düzgünlüyünün yoxlanılması
- Sorğularda, qarışıqlıq və digər sənədlərdəki səhvlərin tapılması və düzəldilməsi
- Bütün istiqamətlərdə satış və aksiyaların effektivliyinin hesablanması
- İşçilərin əmək haqqı hesabatlarının faktiki iş saatlarına əsasən hazırlanması
- CRM və İMS məlumatlarının qarşılaşdırılması və uyğunsuzluqların aşkar edilərək aradan qaldırılması
- Ay sonu hesabatlarının hazırlanması
- Biznes tələbinə uyğun yeni hesabat formatlarının işlənib hazırlanması və tətbiqi
- Excel, Power Query və Power BI vasitəsilə hesabatların və iş proseslərinin avtomatlaşdırılması
- Rəhbərlik və layihə komandası sorğularına operativ analitik məlumatların təqdim edilməsi
Şərtlər:
- Əmək haqqı: 1000 azn + bonus
- Karyera inkişafı imkanı
- Ofisdə 5/2 iş rejimi, saat 09:00-dan 18:00-dək
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.