ARIS
Dizayner
Son tarix 06 may 2023 - [email protected]
Namizəddən tələb olunan bilik və bacarıqlar:
- Saytların, veb və mobil tətbiqlərin dizaynının yaradılması üzrə 3+ il iş təcrübəsi;
- İnterfeyslərin yaradılması üzrə təcrübə;
- Mürəkkəb prototiplərin yaradılması üzrə təcrübə;
- İngilis dilində sərbəst yazmaq və danışmaq;
- Zövq və stilə malik olmaq, dizaynda müasir trendlər üzrə biliklərin olması;
- Figma, Sketch, Adobe seriyalı proqramları yüksək səviyyədə bilmək;
- Verilən tapşırıqlara analitik yanaşma, xırda detallara diqqət etmək, prioritetləri müəyyən etmək;
- Digər dizayner və proqramçılarla komandada işləmək bacarığı;
- İşlərin icra müddətini düzgün planlaşdırmaq və işləri məsuliyyətlə və keyfiyyətlə icra etmək.
Yuxarıda qeyd edilən bilik və bacarığa əlavə olaraq aşağıdakı biliklərin olması üstünlük sayılır:
- Müasir brauzer texnologiyaları, onların imkan və limitləri barədə baza biliklərinin olması;
- Native Mobile Applicaition`ların dizaynı üzrə təcrübəyə malik olmaq.
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:
- Saytların, veb və mobil tətbiqlərin dizaynının yaradılması;
- İnterfeyslərin layihələndirilməsi;
ARIS əməkdaşa nə təklif edir:
- Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanması, məzuniyyət hüququ;
- Yüksək, şəffaf və illik indeksləşdirilən əmək haqqı;
- Agile/Scrum kimi çevik metodologiyaların tətbiq edildiyi iş şəraiti;
- Dress-code və proseslərə demokratik yanaşma;
- Özünü reallaşdırmaq, peşəkar inkişaf və karyerada yüksəlmək imkanı;
- Asudə vaxtlarda maraqlı teambuilding tədbirləri, korporativ tədbirlər və əyləncələr, kollektivlə təbiət qoynunda istirahət.
Əmək haqqı: 1000-1500 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).
Namizədlərdən öz CV-lərini “Dizayner” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.