ARI Global
Marketinq üzrə mütəxəssis
Son tarix 20 noy 2023 - [email protected]
Öhdəliklərimiz:
- Şirkətin fəaliyyət göstərdiyi bazarı tanımaq, onun rəqabət şərtlərini araşdırmaq və bu istiqamətdə marketinq yönümlü analizlər etmək;
- Rəqiblərin məhsul və xidmətlərini, o cümlədən onların rəqabətlilik qabiliyyətlərini araşdırmaq;
- Şirkətin marketinq planını və strategiyalarını hazırlamaq;
- Məhsul və xidmətlərin təkmilləşdirilməsi istiqamətində çalışmalar aparmaq;
- Məhsul və xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;
- Şirkətin reklam kanallarının effektivliyini izləmək;
- Şirkətin marketinq büdcəsini idarə etmək;
Tələblərimiz:
- İqtisadi sahələrdə ali təhsili olan və bu sahə üzrə bundan əvvəl ən azı 2 il işləmiş şəxslərə öncəlik veriləcək;
- Əməkdaşımız öz dilimizdə səlis nitqə (həm şifahi, həm yazılı) sahib olmalıdır (ana dili kimi ingilis və rus dilini bilən namizədlər arzuolunandır);
- İrəli səviyyədə “MS Office” proqramlarını bilməlidir;
- Araşdırma, strateji düşünmə, planlama və qərarvermə bacarığı şərtdir;
- Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk;
Şərtlərimiz:
- 6 günlük iş həftəsi;
- Rəqabətli əməkhaqqı namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək;
Uyğun namizədlər e-poçt ünvanımıza müraciət edə bilərlər.