Arena Plaza Hotel & Apartments
Qəbul və qeydiyyat şöbəsi meneceri
Son tarix 08 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ön Büro, Qonaqlarla Əlaqələr, Qonaq Xidmətləri və Rezervasiya daxil olmaqla Ön Bürodakı bütün işçiləri istiqamətləndirmək;
- Gələn qonaqlar üçün otaqları bloklamaq və hər hansı uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək.;
- Xüsusi Qonaqlar və Qruplarla düzgün kommunikasiyanı təmin etmək üçün gündəlik gəlişləri nəzərdən keçirmək;
- Yüksək standardları qorumaq üçün Hotelin Ön Bürosunun əməliyyatlarının idarə edilməsinə cavabdeh olmaq;
- Qonaqların məmnuniyyət səviyyəsini qiymətləndirmək və tendensiyaları izləmək;
- Qonaqların şikayətlərini təhlil etmək, araşdırmaq və müsbət istiqamətdə həllini təmin etmək;
- Müvafiq onlayn platformalarda müştəri məmuniyyətini təqib etmək və müştəri məmuniyyətinin artırılması üçün tədbirlər planı hazırlamaq;
- Bütün maliyyə və kredit prosedurlarına əməl olunmasını təmin etmək;
- Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
- Qonaq otaqlarının inventarını və daimi yoxlanışını həyata keçirmək;
- Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
- Xidmət keyfiyyətinin artırılması üçün lazım olduqda Ön Büro işçilərinə dəstək vermək;
- Təsərrüfat və Texniki dəstək şöbəsi ilə daim əlaqədə olmaq;
- Bütün işçilərin müvafiq sahələrdə təlim keçməsini təmin edərkən qiymətlər, tariflər, xüsusi təkliflər, paketlər, proqramlar və s. haqqında ətraflı məlumatlandırmaq;
- Rəhbəri olduğu şöbə əməkaşlarının müvafiq növbələrə əsasən işə cəlb edilməsini daim qeydiyyat cədvəlləri ilə tənzimləmək;
- Planlaşdırılmış Performans Qiymətləndirmələrini aparmaq və lazım olduqda işçilərə həm müsbət, həm də konstruktiv real vaxt rejimində rəy vermək;
Tələb olunan bilik, bacarıq və təcrübə
- 100 və daha çox otaq sayı olan hoteldə minimum üç il ön büro təcrübəsi;
- Minimum bir il eyni sahədə idarəetmə təcrübəsi;
- Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
- Yüksək liderlik, müsbət, aydın danışıqla qonaqlarla aydın və birbaşa ünsiyyət qurmaq bacarığı;
- Müvafiq və ya yaxın sahədə Ali təhsil;
- Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
- Elektra proqramı üzrə təcrübə;
- Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
- Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
Əmək haqqı: Razılaşma yolu ilə
Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187C
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində Qəbul və qeydiyyat şöbəsinin meneceri göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq