ArchiCO
Mühasib
Son tarix 01 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- Aylıq və rüblük hesabatların tərtib edilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının, ƏDV hesabatının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyanın hesablanması;
- Balans, avans hesabatının aparılmasının təmin edilməsi;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi
Namizədə dair digər tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Tikinti mühasibatlığında 5 ildən, müvafiq sahədə 15 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti.
Əməkhaqqı: 2000 man
CV və tövsiyyə məktublarınızı "mühasib " başlığı ilə göndərməyiniz xahiş olunur.