Araz Supermarket
Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)
Son tarix 11 iyl 2025 - [email protected]
Araz Supermarketlər Şəbəkəsi "Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Təzə məhsullar üzrə alış və satış maliyyə hesabatlarının hazırlanmasını icra etmək
- İmha yoxlamalarının aparılmasını icra etmək
- Bonus hesabatını kontrol etmək, keyfiyyət və kampaniya hesabatlarını hazırlamaq
- Hannibalizm və "müştəri sayı-səbət ortalaması" hesabatlarının hazırlanmasını təmin etmək
- Tədarükçü verimlilik hesabatının hazırlanmasını icra etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi
- Maliyyə analizi sahəsində ən azı 2 il iş təcrübəsi
- F3, F7 sertifikatları üstünlükdür
- Microsoft Excel – yaxşı səviyyədə
- SAP bilikləri üstünlükdür
- Analitik düşüncə tərzi və detallara diqqət
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə işləmə bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bank əməliyyatları üzrə mütəxəssis
Son tarix 11 iyl 2025 - [email protected]
Araz Supermarketlər Şəbəkəsi "Bank əməliyyatları üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Yerli və xarici bank ödənişlərinin düzgün hesablar üzrə icrasını təmin etmək
- Bankda icra olunan bütün növ ödənişlərin-əmək haqqı, ezamiyyə, icarə, ticari və qeyri-ticari alt sənədlər ilə uyğunluğunu yoxlamaq
- Yük gömrük bəyannamələrinin bankda bağlanmasını təmin etmək və prosesi izləmək
- Bank əməliyyatlarının sistemə düzgün tanıdılmasını yoxlamaq, yaranmış yanlışlığı aradan qaldırmaq
- Gündəlik kassa və bank qalıqlarına nəzarət, doğruluğunu yoxlamaq
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Bank əməliyyatları üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.