Araz Supermarket
Xərclərin uçotu Bölmə müdiri
Son tarix 11 may 2025 - [email protected]
Öhdəliklər
- Xərclərin uçotu ilə bağlı bütün mühasibat proseslərini idarə etmək və nəzarət etmək
- Xərclərin mühasibatlığı sisteminin düzgün və effektiv işləməsini təmin etmək
- Maliyyə nəticələrini təhlil etmək və xərclərin mühasibatlığı ilə bağlı təkliflər vermək
- Xərclərlə bağlı proqnozları hazırlamaq və xərclərin büdcələrini tərtib etmək
- Xərclərin uçotu proseslərini təkmilləşdirmək üçün yeni metod və yanaşmalar inkişaf etdirmək
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 4-5 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- ACCA F3, F7
- PMS sertifikatı üstünlükdür
- Güclü ünsiyyət bacarığı
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Liderlik keyfiyyətləri
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xərclərin uçotu Bölmə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maliyyə Biznes Tərəfaşlıq üzrə Analitik
Son tarix 11 may 2025 - [email protected]
Öhdəliklər
- Yeni açılması nəzərdə tutulan mağazaların Proqnoz PnL hesabatının tərtib edilməsi;
- Yeni marketlər açıldıqdan sonra Faktiki göstəricilər ilə Proqnoz göstəricilərin qarşılaşdırılması;
- Refit və mövcud mağazalara ediləcək investisiya məbləğinin təsirinin PnL olaraq ölçülməsi;
- Rəhbərlik üçün mövcud mağazalarda icarə haqqı artımı ilə bağlı Proqnoz PnL hesabatının hazırlanması;
- Proqnoz PnL-lər barəsində qəbul edilmiş qərarların Bölgə müdirləri, Daşınmaz Əmlak komandası ilə kommunikasiyası;
- Faktiki investisiya məbləğinin Proqnoz investisiya məbləği ilə qarşılaşdırılması;
- Əldə olan məlumatlara əsasən növbəti ay üçün proqnoz investisiya planının hazırlanması;
- Büdcələnmiş mağaza açılış hədəfləri ilə faktiki mağaza açılışlarının müqayisəsi;
- İlin sonuna qədər açılması ehtimalı olan mağazaların siyahısının mütəmadi olaraq yenilənmiş vəziyyətdə olması;
- İstiqaməti üzrə digər ad-hoc işlərin görülməsi.
Tələblər
- Ali təhsil (Maliyyə təhsili üstünlükdür)
- SAP bilikləri üstünlükdür
- Yüksək Excel bilikləri
- ACCA sertifikatları
- Yüksək analitika bacarığı
İş şəraiti
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə Biznes Tərəfaşlıq üzrə Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.