Araz Supermarket
İnsan Resursları Biznes Tərəfdaşı (retail sahəsi üzrə)
Son tarix 05 dek 2022 [email protected]
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- Nizam- intizamla bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- İş yeri: ərazi ofisləri.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Biznes Tərəfdaşı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Hüquqşünas (Aparıcı Mütəxəssis)
Son tarix 05 dek 2022 [email protected]
Tələblər:
- Ali təhsil müvafiq sahədə ;
- İş təcrübəsi: minimum 4 il;
- Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.
Vəzifə öhdəlikləri:
- Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
- Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını ,şöbənin fəaliyyətinə uyğun olaraq nümunəvi sənədlərin tərtibini təmin etmək;
- Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
- Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
- Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
- Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” (Aparıcı Mütəxəssis) adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Daşınmaz Əmlak üzrə Mütəxəssis
Son tarix 03 dek 2022 [email protected]
Tələblər:
- İş təcrübəsi: minimum 1-3 il;
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü;
- Digər qeydlər: Şəxsi avtomobil mütləqdir;
Vəzifə öhdəlikləri:
- Müəyyən bölgələrdə yeni açılacaq mağazalar üçün əmlaklar tapmaq;
- Müvafiq əraziyə uyğun əmlak portfelinin yaradılması;
- Əmlaklar haqqında ehtiyac olan məlumatları əldə etmək;
- Birbaşa rəhbərinə əmlaklar barədə hesabat vermək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Nəqliyyat xərclərinin qarşılanması;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Daşınmaz Əmlak üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Vergi Uçotu Bölmə Müdiri
Son tarix 01 dek 2022 [email protected]
Tələblər:
- Ali təhsil müvafiq sahədə;
- İş təcrübəsi: minimum 3-5 il;
- Dil bilikləri ( Azərbaycan dili səlis, ingilis və rus-dili biliyi üstünlükdür);
- MS Office bilikləri, Logo və ya SAP proqramlarında işləmək bacarığı;
- Komanda ilə işləmə, hədəfyönümlü, idarəetmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanması;
- Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək;
- Bölmənin fəaliyyəti ilə bağlı şirkətin proseslərinin qanunvericiliyə müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
- Vergi və digər Dövlət qurumları ilə yazışmalar;
- Vergi planlaması və vergi risklərinin azaldılmasına dair işlər aparmaq;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi Uçotu Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.