Araz Supermarket
Mühasib
Son tarix 08 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat)
- İş təcrübəsi müvafiq sahədə 1 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Vəzifə öhdəlikləri:
- Xidmət haqqlarının hesablanması və ödənişi;
- Üzləşmələrin aparılması;
- Anbar qalıqlarına və inventarizasia nəticələrinin sistemdə icraatı ilə bağlı nəzarət;
- Pul vəsaitlərinin hərəkətlərinə nəzarət;
- Rəhbərliyin tapşırıqlarının icrası.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
İnsan Resursları Əməliyyatlar üzrə Aparıcı mütəxəssis
Son tarix 07 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil müvafiq sahədə;
- İnsan Resursları Əməliyyat sahəsində 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Vəzifə öhdəlikləri:
- Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək;
- Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Elektron hökumət" portalında işlənilməsi;
- Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
- İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Əməliyyatlar üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Hüquqşunas
Son tarix 07 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil ;
- İş təcrübəsi: 2-3 il;
- Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
- MS office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.
Vəzifə öhdəlikləri:
- Daxili və qismən xarici müqavilələrin ekspertizası;
- Müqavilələrin arxivləşdirilməsi;
- Müqavilə arxivinin idarə olunması;
- Ehtiyac yarandığı halda xarici vətəndaşların sənədləri ilə bağlı səfirliklərlə danışıqlar aparmaq;
- Fəaliyyət istiqamətinə uyğun olaraq hüquqi rəyləri, arayışları və sorğuları tərtib etmək;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşunas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Vergi Uçotu üzrə Mühasib
Son tarix 07 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat)
- İş təcrübəsi müvafiq sahədə 1 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Vergi qanunvericiliyi və Əmək məcəlləsindən məlumatlı olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Vəzifə öhdəlikləri:
- Françayzing mağazaların mükəlləfiyyətinə uyğun vergi bəyannamələrinin vergi orqanlarına təqdim edilməsi;
- Françayzing mağazaların işçilərinin işə qəbul prosesinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik,xitam verilməsi;
- Françayzing mağazaların işçilərinin əmək haqqının, məzuniyyətinin hesablanması;
- E-qaimə göndərilməsi, bank ödənişlərinin icra olunması;
- Kreditor-debitor üzləşmələrin aparılması;
- Vahid muzdlu hesabatın təqdim edilməsi;
- Vergidən daxil olan məktubların nəzarətdə saxlanılması, müvafiq olaraq cavablandırılması;
- Rəhbərliyin tapşırıqlarının icrası.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi uçotu üzrə Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Bölgə müdiri (region üzrə)
Son tarix 07 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil
- İdarəetmə təcrübəsi minimum 3 il
- Orta səviyyədə MS Office bilikləri (Word, Excel, Outlook)
- Liderlik, operativlik, nəticə yönümlülük
- Şəxsi avtomobil
Vəzifə öhdəlikləri:
- Müvafiq bölgədəki mağazaların açılış vaxtı fəaliyyətə hazır olmasını təmin etmək
- Müvafiq bölgədəki mağazalarda yaranan şirkətlə əlaqədar problemlərin aradan qaldırılmasını təmin etmək
- Lazım olduqda mağazalara nəyin tələb olunduğunu əyani şəkildə göstərmək üçün praktiki yanaşmanı qəbul etmək və fəaliyyətinə tətbiq etmək
- Rutları sistemləşdirmək və hər bir mağazaya müntəzəm ziyarətlərin həyata keçirilməsini təmin etmək
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Sim kart;
- Yol və amortizasiya xərcləri;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Bölgə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.