Tikinti xərclərinə nəzarət mühəndisi
Son tarix 24 dek 2021
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə 2 il və daha artıq iş təcrübəsi;
-
Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.
-
MS Office (Word, Excel, PowerPoint, Outlook), AutoCAD
Vəzifə öhdəlikləri:
-
Layihələrin smetalarını tərtib etmək
-
Layihə işlərini aparan fiziki və hüquqi şəxslərlə mütəmadi əlaqə saxlayaraq işlərin icrasına nəzarəti həyata keçirmək
-
Layihədən kənarlaşmaları, qüsurları və digər problemləri vaxtında aşkarlamaq və düzəliş edilməsini həyata keçirmək
-
İstifadə olunan tikinti materialları ilə bağlı keyfiyyət və qiymət araşdırmalarını həyata keçirmək
-
Təhvil-təslim aktlarının qəbul edilməsilə bağlı bütün fəaliyyətləri həyata keçirmək
-
İcraçıların sifarişçi tərəfindən ehtiyac və istəklərini aidiyyəti bölmələrə çatdırılmasını həyata keçirmək
-
İşin icrası başa çatandan sonra bütün icraçılardan işin təhvil-təslim aktı ilə qəbul olunmasını tələb etmək
-
İşin icrası zamanı ləngimələr müşahidə olunduqda səbəblərini araşdırıb birbaşa rəhbərə məlumat vermək
-
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tikinti xərclərinə nəzarət mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Qrafik Dizayner
Son tarix 24 dek 2021
Tələblər:
-
Ali təhsil ;
-
Müvafiq sahədə 2 ildən yuxarı iş təcrübəsi;
-
MS Office proqramları (Word, Excel, əsas PowerPoint, Outlook), Adobe PhotoShop, Adobe Illustrator, CorelDraw,Adobe InDesign, Adobe After Effects
-
Müştəriyönümlülük, kommunikasiya, yaradıcılıq səriştəlikləri.
Vəzifə öhdəlikləri:
-
Kampaniya bukletlərini məhsul siyahısına uyğun hazırlamaq, konseptləşdirmək və açılış bukletlərinin çapa hazırlnması ilə bağlı prosesləri həyata keçirmək;
-
İnsert dizaynlarını, qiymət standartlarını (etiketlər) və bütün növ pos materialları hazırlamaq;
-
Sosial şəbəkələr və sayt üçün posterlər, xüsusi dizaynlar hazırlamaq: Reklam və məlumat materiallarının ( vinil, banner, jurnal, flayer, broşur və s) dizaynını hazırlamaq.
-
Şirkətin müxtəlif reklam obyekləri üçün dizaynlar hazırlamaq; Pos marketinq materiaların, şirkət biznes kartları və uniformaların, təşəkkürnamə və diplomların dizaynlarını hazırlamaq
-
Mağaza daxili və xaricində POS marketinq ( naviqasiya, kommunikasiya, aktivasiya) məlumatlarını hazırlamaq;
-
Brandbook standartlarını hazırlamaq
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Qrafik Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV formalarını ünvanına göndərə bilərlər.
İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis
Son tarix 10 dek 2021
Tələblər:
-
Ali təhsil;
-
Kommunikasiya, reklam, layihə, media sahələrində 3 il iş təcrübəsi;
-
Dil bilikləri - ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
-
MS Office bilikləri;
-
Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları, media, dövlət idarələri, Gənclər və İdman nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları Formula yarışları…).
Vəzifə öhdəlikləri:
-
Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək;
-
Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək;
-
Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
-
Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq;
-
Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək;
-
İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək;
-
KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını göndərə bilərlər.