Araz Supermarket
Tikintiyə Nəzarət üzrə Layihə Rəhbəri
Son tarix 08 yan 2026 [email protected]
Vəzifə haqqında qısa məlumat
Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşması proseslərinin şirkət standartlarına, normativ tələblərə və təhvil-təslim müddətlərinə uyğun şəkildə həyata keçirilməsinə rəhbərlik edir. Layihə üzrə riskləri idarə edir, resursların optimal istifadəsini təmin edir və podratçıların fəaliyyətinə nəzarət edir.
Əsas vəzifə öhdəlikləri
- Tikinti layihələrinin planlaşdırılması, iş qrafikinin hazırlanması və icra prosesinin daim nəzarətdə saxlanılması;
- Tikinti sahəsində aparılan işlərin texniki tələblərə, layihə sənədlərinə və təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsi;
- Podratçı və subpodratçılarla işin əlaqələndirilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunmasına nəzarət;
- Layihəyə dair büdcənin idarə edilməsi, xərclərin təhlili və optimallaşdırılması;
- Risklərin qiymətləndirilməsi, yaranan problemlərin operativ həll edilməsi və qərarların qəbulunda liderlik etmək;
- Tikinti işləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Layihə ilə bağlı bütün tərəflərlə (daxili şöbələr, dövlət qurumları, nəzarət orqanları) effektiv kommunikasiya qurmaq;
- Layihə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsi və vaxtında təmin olunmasına nəzarət;
- Tikinti obyektində SƏTƏM qaydalarına riayət olunmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil (Mühəndislik, İnşaat, Memarlıq və ya əlaqəli sahələr üzrə);
- Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Tikinti prosesləri, normativ sənədlər və texniki qaydalar üzrə geniş bilik;
- Layihə idarəetmə metodologiyaları haqqında anlayış (PMP sertifikatı üstünlükdür);
- AutoCAD, MS Project, Excel və digər layihə idarəetmə proqramlarında yüksək səviyyəli bilik;
- Güclü analitik düşüncə, risklərin qiymətləndirilməsi və operativ qərarvermə bacarığı;
- Liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
- Vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üzrə yüksək səviyyəli bacarıq;
- Ezamiyyətlərə çıxmaq imkanının olması.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











