Araz Supermarket
Büdcə əməliyyatları üzrə aparıcı analitik
Son tarix 22 okt 2025 - [email protected]
Araz Supermarketlər Şəbəkəsi " Büdcə əməliyyatları üzrə aparıcı analitik" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Müvafiq strukturlardan büdcə məlumatlarını əldə etmək və təhlilini təmin etmək
- Şirkət üzrə illik büdcənin hazırlanması
- Aylıq struktur büdcələrinin hazırlanmasında iştirak etmək
- Büdcə ilə faktiki əməliyyatların yoxlanılması və nəzarət edilməsi
- SAP sistemində büdcə limitlərinin təyin edilməsi
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Maliyyə sahəsində 2-3 il iş təcrübəsi
- F3, F7 sertifikatları
- SAP bilikləri üstünlükdür
- Dəqiq, məsuliyyətli və komanda ilə işləməyə meylli olmaq.
- Analitik düşünmə və problemləri həll etmə bacarığı.
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Büdcə əməliyyatları üzrə aparıcı analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.