Araz Supermarket
Likvidlik şöbəsi/Əməliyyatlar üzrə aparıcı mütəxəssis
Son tarix 22 sen 2025 - [email protected]
Tələblər:
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür, MS Office bacarıqları
- Komanda ilə işləmə bacarığı, ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
- Mağazaların POS terminallarla təmin olunması və ləğv edilməsi, yaranmış problemin həll olunması, sənədləşmə işlərinin icrası, nasaz terminalların təmirə gedib geri dönüşünün izlənməsi
- Pos terminal bank əməliyyatlarının gündəlik SAP sisteminə işlənilməsi və pos terminal xidmət haqlarının düzgün hesablanmasına nəzarət etmək
- Mühasibatlıq tərəfindən tələb keçilən ezamiyyə ödənişlərinin HR tərəfindən əldə edilmiş hesab bazasına əsasən yoxlanılaraq icrasını təmin etmək, Sap-də gərəkli işləmlərin edilməsi
- Bank tərəfindən aylıq pos terminallardan mədaxil olunan və geri qayıdan məbləğlərin sistem üzrə yoxlanışını etmək, çıxan fərqləri araşdırıb banka sorğu keçmək həllini təmin etmək.
- Mühasibatlıq tərəfindən göndərilən sorğuları cavablandırmaq, istənilən terminal üzrə hesabatları təqdim etmək. Ehtiyac olduğu təqdirdə mağazalarda pos terminallar üçün texniki baxış keçirilməsini, dəyişdirilməsi təmin etmək
- Müştərilərin və mağazaların pos terminalla olunmuş əməliyyatla bağlı yaranmış problemllərini bankla araşdıraraq həll etmək, kassa artığını mühasibatlıqla araşdırıb iki dəfə tutulan vəsaitləri geri qaytarmaq, sistem üzrə kassa artığından azaldılması
- Mütəmadi pos terminal reyestrini hazırlamaq, müəyyən dövrlərdə(ildə 2-3) mağaza ilə sayım edib aktlaşdırmaq, əskik pos terminallarla bağlı məlumatı üst rəhbərə təqdim etmək
- Mühasibatlıq tərəfindən göndərilən yerli ödənişlərin müqavilə, rəsmi kreditor əsasında yoxlanılıb SAP üzrə rəhbərliyə göndərilməsi və təsdiqləndikdən sonra icra etmək
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Likvidlik şöbəsi/Əməliyyatlar üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.