Araz Supermarket
İnsan Resursları üzrə Biznes Tərəfdaş
Son tarix 30 iyn 2024 - [email protected]
İş yeri: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlükdür;
- MS Office bilikləri;
- Əmək qanunvericiliyi üzrə biliklər;
- Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
- Namizədlərlə müsahibələrin təşkil edilməsi;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının (test-drive) təşkili;
- Şirkətin işə qəbul siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
- İşəqəbul layihələrinin (Açıq Qapı günləri, Karyera sərgiləri) təşkilində iştirak edilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları üzrə Biznes Tərəfdaş” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.