Araz Supermarket
Büdcəyə nəzarət üzrə mütəxəssis
Son tarix 17 iyn 2024 - [email protected]
Tələblər:
- Ali ixtisas.
- 2 il təcrübə.
- Yüksək səviyyədə Excel biliyi.
- İngilis dilində beynəlxalq sertifikatın olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- İdarəetmə hesabatlarının hazırlanması.
- İllik büdcənin hazırlanması prosesində iştirak edir (funksional büdcələrin hazırlanmasına dəstək olur, master büdcə faylını hazırlayır).
- İllik büdcə icrasının aylıq monitorinqi, təhlil edilməsi, lazım olduğu təqdirdə revizə edilməsi.
- Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin səbəblərinin araşdırılması.
- Faktiki nəticələrlə il sonu büdcə gedişatının proqnozunun verilməsi.
- ERP-də məsrəf mərkəzlərinin idarə edilməsi.
- ERP sistemində büdcə nəzarət funksiyasının inkişaf etdirilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Büdcəyə nəzarət üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.