Araz Supermarket
Texniki Dəstək və Təsərrüfat şöbəsinin Müdiri
Son tarix 22 apr 2024 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin təşkili, idarəetmə);
- İş təcrübəsi 3-4 il;
- MS Office bilikləri;
- İdarəetmə və qərarvermə qabiliyyəti:
Vəzifə öhdəlikləri:
- Ümumi işlər və təsərrüfat üzrə fəaliyyətlərin şirkət prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Şirkətin arxiv işinin təşkilinə və aparılmasına nəzarət etmək;
- Şirkətdə təmir-tikinti işlərinin büdcəyə, plana və tələbə uyğun olaraq həyata keçirilməsini nəzarət etmək;
- Obyektlərdə videonəzarət sisteminin qurulması və hər 3 aydan bir təkmilləşdirilməsi prosesini təşkil etmək və icrasına nəzarət etmək;
- Tabeliyində olan bölmələrin ehtiyyat stok planlamasını tərtib etmək və rəhbərliyin təsdiqinə təqdim etmək;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim edilməsi;
- Tabeliyində olan bölmələrin fəaliyyət planını təşkil etmək, onların iş prosesi və fəaliyyətini yoxlamaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək:
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Tibbi sığorta:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Texniki Dəstək və Təsərrüfat Şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.