Araz Supermarketlər Şəbəkəsi İstehsalat üzrə mühasib vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının izlənməsi və nəzarət edilməsi;
- Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 ildən başlayaraq iş təcrübəsi;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
- Reseptura ilə kalkulyasiya hesablama təcrübəsi, istehsalat təcrübəsi
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “İstehsalat üzrə mühasib” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.