Tikinti xərclərinə nəzarət mühəndisi
Son tarix 23 yan 2022
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə 2 il və daha artıq iş təcrübəsi;
-
Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.
-
MS Office (Word, Excel, PowerPoint, Outlook), AutoCAD
Vəzifə öhdəlikləri:
-
Layihələrin smetalarını tərtib etmək
-
Layihə işlərini aparan fiziki və hüquqi şəxslərlə mütəmadi əlaqə saxlayaraq işlərin icrasına nəzarəti həyata keçirmək
-
Layihədən kənarlaşmaları, qüsurları və digər problemləri vaxtında aşkarlamaq və düzəliş edilməsini həyata keçirmək
-
İstifadə olunan tikinti materialları ilə bağlı keyfiyyət və qiymət araşdırmalarını həyata keçirmək
-
Təhvil-təslim aktlarının qəbul edilməsilə bağlı bütün fəaliyyətləri həyata keçirmək
-
İcraçıların sifarişçi tərəfindən ehtiyac və istəklərini aidiyyəti bölmələrə çatdırılmasını həyata keçirmək
-
İşin icrası başa çatandan sonra bütün icraçılardan işin təhvil-təslim aktı ilə qəbul olunmasını tələb etmək
-
İşin icrası zamanı ləngimələr müşahidə olunduqda səbəblərini araşdırıb birbaşa rəhbərə məlumat vermək
-
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tikinti xərclərinə nəzarət mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər