İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis
Son tarix 10 dek 2021
Tələblər:
-
Ali təhsil;
-
Kommunikasiya, reklam, layihə, media sahələrində 3 il iş təcrübəsi;
-
Dil bilikləri - ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
-
MS Office bilikləri;
-
Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları, media, dövlət idarələri, Gənclər və İdman nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları Formula yarışları…).
Vəzifə öhdəlikləri:
-
Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək;
-
Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək;
-
Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
-
Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq;
-
Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək;
-
İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək;
-
KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
Təminatlar:
-
Nahar ilə təmin edilmə;
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-
5 günlük iş qrafiki;
-
Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını göndərə bilərlər.