Araz Supermarketlər Şəbəkəsi Mətbuat katibi vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- KİV-də şirkətin korporativ mövqeyi ilə bağlı materialların rüblük monitorinqini aparmaq, analitik informasiyalar hazırlamaq
- KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkətin korporativ mənafeinə aid dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
- Korporativ böhran kommunikasiyaları idarə etmək
- Media ilə əlaqələr, press-relizlərin hazırlanması, media monitorinqinin aparılması, mediada haqqımızda yazılan xəbərlərin operativ cavablandırılması, üst rəhbərinə hesabatların verilməsi
Tələblər:
- Ali təhsil;
- Jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində 3 ildən başlayaraq iş təcrübəsi;
- KİV ilə sıx işləmə təcrübəsi;
- Səlis Azərbaycan dili (yazı və danışıq), rus dili aydın danışıq səviyyəsində, ingilis dili üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mətbuat katibi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.