VAKANSİYA: Market Şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə Aparıcı mütəxəssis
Tələblər:
- Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
- Qida sahəsində minimum 3 il təcrübə;
- Qida sahəsində Beynəlxalq standartlar üzrə nəzəri biliklər və sertifikatlar üstünlükdür;
- Orta səviyyədə MS Office bilikləri (Word, Excel, Outlook);
- Kommunikasiya, analitik düşüncə, planlama və təşkilatçılıq, nəticə yönümlülük, diqqətlilik bacarığı.
Vəzifə öhdəlikləri:
- Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiq edilməsinə nəzarət etmək;
- Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;
- Marketlərdə qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;
- Marketlərdə plana uyğun olaraq yoxlamaların icra edilməsini təmin etmək və ona əsasən hesabatlar hazırlamaq;
- Market auditinin effektivliyinə dair hesabatın hazırlanmasını təmin etmək
- Personalın gigiyenik tələblərin icrasına nəzarət etmək.
- Standartın tələblərindən irəli gələn digər nəzarət formalarının və ya təlimatların hazırlanmasını təmin etmək
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Market Şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə Aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.