Arash Company
Marketinq Rəhbəri
Son tarix 08 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini
Namizədə tələblər:
- Marketinq sahəsində rəhbər kimi iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
İş saatı: 6 günlük iş qrafiki təyin olunur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Tələblərə uyğun, müraciət etmək istəyən namizədlər Email-in “subject” bölməsinə, vakansiyanın adını “Marketinq Rəhbər” qeyd etməklə e-mail ünvanına CV göndərə billərlər.
Yalnız tələblərə uyğun namizədlərlə müsahibə təyin olunacaq.