Aqroman
Smeta mühəndisi
Son tarix 05 apr 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(İnşaat və əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis arzu olunandır;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
- AutoCAD-dan yüksək səviyyədə istifadə etmək bacarığı.
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
Vəzifə Öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Eskizə və ya Layihəyə əsasən iş həcimlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
Araşdırma və sistemləşdirmə:
- Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparır, alınan məlumatları sistemləşdirir;
- İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər verir;
- Smetların tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərinin müəyyən edir.
Sənədləşmə:
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak edir;
- Görülmüş işlər üzrə aktların tərtib edilməsində iştirak edir;
- Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlayır.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı şəhər Nəsimi rayonu, Eldar Tağızadə küçəsi 18A.
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.