Aqrar Tədarük və Təchizat
Marketinq və satışın təşkili şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 24 iyn 2025 - [email protected]
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Marketinq planlarının hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;
- Reklam və tanıtım kampaniyalarının təşkili, reklam materiallarının hazırlanmasında iştirak;
- Cəmiyyətin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi ilə bağlı fəaliyyətlərə dəstək vermək.
- Satış hədəflərinə uyğun tədbirlərin həyata keçirilməsi və satış komandası ilə koordinasiya;
- Müştəri bazasının genişləndirilməsi və müştəri münasibətlərinin idarə olunması;
- Satış kampaniyalarının hazırlanması və tətbiqi üzrə müvafiq təkliflərin hazırlanması.
- Mövcud bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini təhlil etmək;
- Müştəri ehtiyacları və gözləntiləri barədə məlumatların toplanması və təhlili;
- Analitik hesabatların hazırlanmasında iştirak.
- Sosial media hesablarının idarə olunmasına dəstək göstərmək (postlar, reklamlar, statistik analizlər);
- Rəqəmsal alətlər (Google Ads, Facebook Ads, e-poçt marketinqi və s.) ilə işləmək bacarığı olanlar üçün aktiv fəaliyyət.
- Görülən işlər üzrə aylıq və rüblük hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
- Keçirilən tədbir və kampaniyaların nəticələrinin qiymətləndirilməsi və təkliflər verilməsi.
- Təşkilatın digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək;
- Təchizatçılar, reklam agentlikləri və digər partnyorlarla əlaqə saxlayaraq işlərin gedişinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat, kommunikasiya və ya əlaqədar sahələr üzrə)
- Marketinq və / və ya satış sahəsində azı 3 illik iş təcrübəsi;
- Müvafiq proqramlar və sistemlər üzrə təcrübə.
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır
- MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Marketinqin əsas prinsipləri və satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
- Məlumatların təhlili və hesabat hazırlamaq bacarığı;
- Rəqəmsal marketinq və sosial media platformaları ilə tanışlıq;
Fərdi keyfiyyət tələbləri:
- İnkişafayönümlülük və təşəbbüskarlıq
- Effektiv ünsiyyət və təsir etmə bacarığı
- Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
- Təşkilatçılıq və vaxtın effektiv İidarə edilməsi
- Komandada işləmək bacarığı;
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Marketinq və satışın təşkili şöbəsinin aparıcı mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Marketinq və satışın təşkili şöbəsinin müdiri
Son tarix 24 iyn 2025 - [email protected]
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin marketinq və satış strategiyasını hazırlamaq və həyata keçirmək;
- İllik marketinq və satış planlarının, büdcələrin hazırlanmasına rəhbərlik etmək;
- Mövcud məhsul və xidmətlərin təbliği, yeni məhsulların bazara çıxarılması ilə bağlı strategiyalar hazırlamaq.
- Satış hədəflərini müəyyənləşdirmək, satış komandasının fəaliyyətinə nəzarət etmək;
- Müştəri bazasının genişləndirilməsi üzrə tədbirlər həyata keçirmək;
- Satış nəticələrinin (KPI) izlənilməsi və təhlili ilə məşğul olmaq.
- Bazar araşdırmaları və rəqib analizləri aparmaq, müvafiq təkliflər hazırlamaq;
- Rəqəmsal marketinq (digital marketing) və ənənəvi reklam kanallarının idarə olunması.
- Şöbə əməkdaşlarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və fəaliyyətlərinə nəzarət etmək;
- Komandanın peşəkar inkişafı üçün təlimlər, motivasiya və qiymətləndirmə sistemlərini tətbiq etmək.
- Aylıq, rüblük və illik marketinq-satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Keçirilmiş kampaniyaların və layihələrin effektivliyini təhlil etmək və nəticələrə əsasən qərarlar qəbul etmək.
- Tərəfdaşlarla və təchizatçılarla əlaqələrin qurulması və inkişafı;
- Daxili bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək.
Tələblər:
- Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə).
- Marketinq və satış sahəsində azı 5 illik ümumi iş təcrübəsi;
- Rəhbər vəzifədə minimum 2 illik təcrübə;
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır;
- MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Satış və marketinqin əsas prinsipləri, bazar analizləri və rəqəmsal marketinq alətləri üzrə biliklər;
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Analitik təfəkkür və nəticəyönümlü qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel və Power Point).
Fərdi keyfiyyət tələbləri:
- Liderlik və komandanın idarə etməsi bacarığı
- Yüksək analitik düşüncə və strateji baxış
- İnkişafayönümlülük və təşəbbüskarlıq
- Effektiv ünsiyyət və təsir etmə bacarığı
- Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
- Vaxtın effektiv İidarə edilməsi
- Stresə davamlılıq və problem həll etmə bacarığı
- Etik davranış və peşəkar etibar
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Marketinq və satışın təşkili şöbəsinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.