Aqrar Tədarük və Təchizat
Nəqliyyat və anbar təsərrüfatı şöbəsinin müdiri
Son tarix 06 may 2026 - [email protected]
“Nəqliyyat və anbar təsərrüfatı şöbəsinin müdiri” vakansiyasıı üzrə işçi axtarışı elan edilir!
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin fasiləsiz və saz vəziyyətdə işləməsinin təmin edilməsi;
- Daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsinə nəzarət.
- Marşrutların planlaşdırılması və səmərəliliyinin artırılması;
- Profilaktik baxım və təmir planlarının hazırlanması və icrasına nəzarət;
- Texniki servis üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Ehtiyat hissələri və materialların uçotunun aparılması.
- Şirkətin/idarənin nəqliyyat fəaliyyətinin planlaşdırılması və təşkili;
- Cəmiyyətin balansındakı soyuduculu yük və minik avtomobillərinin sazlığının təmin edilməsi;
- Soyuducu anbarların və soyuduculu nəqliyyat vasitələrinin istismarına nəzarət;
- Malların qəbul edilməsi, saxlanılması və çıxışına nəzarət;
- Şəhər və regionlarda yerləşən anbarlarda qalığın düzgün aparılması və inventarizasiyanın təşkili
Tələblər:
- Ali təhsil (logistika, nəqliyyatın təşkili, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahələr üzrə);
- Nəqliyyat, logistika və ya anbar təsərrüfatı sahəsində minimum 8 il iş təcrübəsi, rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi;
- Logistika və təchizat zənciri idarəetməsi üzrə biliklər;
- Nəqliyyat əməliyyatlarının planlaşdırılması və optimallaşdırılması;
- Anbar idarəetmə sistemləri və inventar nəzarəti;
- Daşımaların təşkili, marşrutlaşdırma və yükdaşımaların koordinasiyası;
- Müqavilələrin hazırlanması və tərəfdaşlarla iş bacarığı;
- Əmək, təhlükəsizlik və nəqliyyat qaydaları üzrə biliklər;
- MS Office proqramları (xüsusilə Excel);
- ERP sistemləri (1C 8.3);
- Analitik hesabatların hazırlanması bacarığı;
- Azərbaycan dili – mükəmməl;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Operativlik və qərarvermə bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və anbar təsərrüfatı şöbəsinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!














