Aqrar İnnovasiya və Təchizat Şirkəti
Aqronom-satıcı
Son tarix 30 yan 2026 - [email protected]
İş yeri: Gəncə
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aqronom və satış sahəsində 3 il iş təcrübəsi;
- İstixana və açıq sahə biliklərinin olması;
- Müştəri istəklərinin müəyyən edilə bilməsi;
- İşdə düzgünlük və operativlik;
- Məsuliyyət və diqqətlilik;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən məhsullar haqqında məlumatı müştərilərə çatdırmaq;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Müqavilələrin hazırlanması, razılaşdırılması və hüquqi tələblərə uyğun tərtibatı;
- Sifariş, akt, təhvil-təslim və digər sənədlərdə düzgün qeydiyyatın aparılması;
- Müştərilərlə qiymət danışıqlarının aparılması;
- İlk kontaktdan müqavilənin bağlanmasına qədər bütün prosesə nəzarət.
Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 08:30-17:30
- Karyera inkişafı imkanları
- Əmək haqqı: Gross 1656 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aqronom satıcı- Gəncə” yazaraq Müraciət Et düyməsində göstərilən və 050 273 04 92 whatsapp nömrəsinə və ya https://careers.ram.az/?vacancy=2182&source=UC_HBS8ZI linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.











