Aqrar İnnovasiya və Təchizat Şirkəti
Vergi üzrə mühasib
Son tarix 01 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
- Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Verginin tələbi üzrə hesabatların hazırlanması;
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
- Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1274-1684 AZN nett
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 08:30-17:30.
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi üzrə mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.