Aqrar İnnovasiya və Təchizat Şirkəti
Baş Hüquqşünas
Son tarix 23 iyn 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Hüquq üzrə minimum bakalavr təhsil);
 - Vəkillik dərəcəsi;
 - Mülki, mülki-prosessual, əmək, həmçinin cinayət qanunverciliyi mükkəməl bilmək;
 - Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
 - Üzərinə məsuliyyət götürmək və tabeliyində olan əməkdaşlarla işləmək bacarığı;
 - Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
 - Kompüter bilikləri (MS Office).
 
Vəzifə öhdəlikləri:
- Məhkəmələrdə, Prokurorluq orqanlarında və bu və ya digər dövlət orqanlarında təmsil etmək;
 - Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
 - Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
 - Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
 - Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
 - Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
 - Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
 - Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
 - Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyati struktur bölmələrlə razılaşdırır;
 - Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
 - Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
 - Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
 - Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
 - Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 2000-2500 AZN;
 - İş qrafiki : Həftə içi 5 gün;
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







