Amper Elektrik
İstehsalat Planlama və Koordinasiya Mütəxəssisi
Son tarix 21 dek 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsal proqramının hazırlanması və resursların optimal bölüşdürülməsi
- Xammal və material ehtiyatlarının planlaşdırılması və təminatı
- İşçi qüvvəsinin planlanması və əməkdaşların performansının koordinasiyası
- İstehsal prosesinin mərhələlər üzrə cədvəllərinin tərtibi və tapşırıqların ardıcıllığının müəyyən olunması
- İzləmə və nəzarət sistemlərinin qurulması (monitorinq və KPI idarəetməsi)
- Keyfiyyətə nəzarət, sınaq metodlarının tətbiqi və standartlara uyğunluğun təmin olunması
- İstehsalat risklərinin təhlili və qabaqlayıcı tədbirlərin görülməsi
- Günlük istehsalat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
- Ali təhsil (mühəndislik, istehsalat, menecment və ya əlaqəli sahələr)
- İstehsalat sahəsində minimum 2–3 il iş təcrübəsi
- Planlama, resurs idarəetməsi və proses koordinasiyası üzrə biliklər
- KPI və monitorinq sistemləri barədə anlayış
- Analitik düşüncə və problemlərin operativ həlli bacarığı
- Excel və digər planlama alətləri ilə işləmə bacarığı
- Komanda ilə işləmə və koordinasiya qabiliyyəti
İş şəraiti:
- Əmək haqqı: 1200 AZN + bonus sistemi
- 6 günlük iş rejimi
- Rəsmi əmək müqaviləsi
- Şirkət tərəfindən təmin olunan nahar
- Peşəkar və stabil iş mühiti
Müraciət üçün:
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











