Amper Elektrik
Baş mühasib
Son tarix 02 dek 2023 - [email protected]
İşiniz nədən ibarətdir?
- Vergi orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanması, təqdim edilməsi, və nəzarət edilməsi,
- Əmək haqqı, məzuniyyət, tabel cədvəllərinin, hesabatların hazırlanması və lazımi əməliyyatların yerinə yetirilməsi;
- Kassa üzrə əməliyyatların aparılmasına nəzarət və sistemin işlənməsi;
- Şirkətin maliyyə dövriyyəsinə nəzarət;
- Online Kargüzarklq, EHF, VHF-də lazımi əməliyyatların yerinə yetirilməsi;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkil və nəzarət edilməsi;
- Təchizatçılarla periodik üzləşmələrin aparılması
- Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
Sizdən nə tələb olunur?
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İqtisadi sahədə ali təhsil arzuolunandır;
- MS Office - Excel, 1C 8.3 proqramları bacarığı;
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkili;
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilik biliyi;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodları anlayışı;
- Analitik təhlil bacarığı;
- Detallara diqqətli olması
- Komandada işləmə bacarıqları
Təminatlar:
- İş qrafiki: 09:00 – 18:00, 5 iş günü;
- Əmək haqqı: 2500 AZN (NET)
- Korporativ nömrə;
- İş yeri: Abşeron Ticarət Mərkəzi.